Ü
Ülkər HəmidIi
Qonaq
"Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Ali Məhkəmənin 12 mart 2024-cü il tarixli Plenumunun Qərarı ər-arvad arasında ümumi əmlakın bölünməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin olunması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə qəbul edilmişdir.
Sözügedən qərarla bir çox məsələlər tənzimlənir. Belə ki, birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə ər-arvada verilən əmlakın, özbaşına tikintisi aparılmış daşınmaz əmlakın bölgü predmeti olub-olmaması, çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə dair bağlanmış müqavilələr üzrə ər-arvadın payının müəyyən edilib-edilməməsi, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyalarının onların ayrıca əmlakı olub olmaması, birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda əldə edilmiş vəsaitin ər-arvadın birgə mülkiyyəti hesab edilib-edilməməsi və s. məsələlərə yer verilmişdir..

Əlavələr
Sonuncu redaktə edən moderator: