Salam. Burada iki hal var.
1: Əgər daşınmaz əmlak ər və arvadın birgə mülkiyyətindədirsə (nikah dövründə əldə edilibsə yəni), hər ikisinin razılığı olmalıdır. Mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış digər şəxsin (şəxslərin) mənzildə yaşamaq hüququ vardır, və bu mülkiyyət hüququ üçün əsas deyildir, yəni ki, onlardan razılıq tələb olunmur. Ancaq məsələ buradadır ki, ev satılanda adətən xahiş edirlər həmin şəxslərdən özləri ərizə yazıb qeydiyyatdan çıxsınlar yaxud mükafat kimi vəsait verirlər ki qeydiyyatdan çıxsınlar ki, sonrakı mülkiyyətçiyə problem yaratmasın. Təsəvvür edin siz ev alırsınız. 2 gün sonra bir şəxs gəlib deyir ki mən bu evdə yaşayacağam, mən burada qeydiyyatdayam, hüququm var, və siz burada heçnə edə bilməzsiniz.
Nəticə 1: Razılıq tələb olunmur, amma xoşa gəlməz hadisə baş verə bilər.
2: Əgər ev paylı mülkiyyətdədirsə, məsələn: 1/3 hissəsi ərin, 1/3 hissəsi arvadın, 1/3 hissəsi digər şəxsin (bu halda həm qeydiyyatda olacaq həm mülkiyyətçi hesab olunacaq öz payına münasibətdə). Adətən bu hallarda hər mülkiyyətçi öz payına düşən hissəsi üzərində sərəncam verə bilər (sata bilər, bağışlaya bilər və s.), ancaq burada daşınmaz əmlakdır - evdir, və bölgü çətinləşəcək, yəni mümkün olamayacaq.
Nəticə 2: Bu halda hər paylı mülkiyyətçinin razılığı tələb olunur.

Nəticə 2: Bu halda hər paylı mülkiyyətçinin razılığı tələb olunur