Ü
Ülkər HəmidIi
Qonaq
Avropa İnsan Hüquqları Məhkəməsi insan hüquqlarını müdafiə edən beynəlxalq məhkəmədir. Mərkəzi Fransanın Strasburq şəhərində yerləşir. Bu məhkəmə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiya və onun 1, 4, 6, 7, 12, 13, 16 saylı protokollarında nəzərdə tutulmuş hüquqların, azadlıqların və onlarla bağlı zəmanətlərin pozulması ilə bağlı mübahisələri həll edir.