
"Cinayət hüququ (Xüsusi hissə) üzrə məsələlər toplusu” hüquq fakültəsi tələbələri, hüquqşünaslıq ixtisası üzrə təhsil alan magistrlər və cinayət hüququ sahəsində praktiki fəaliyyətlə məşğul olan hüquqşünaslar üçün nəzərdə tutulmuş bir vəsaitdir. Bu vəsaitdə cinayət hüququnun xüsusi hissəsinə dair aktual mövzular üzrə kazuslar (məsələlər) toplanmışdır.
Məqsəd hüquqi düşüncə qabiliyyətini inkişaf etdirmək, qanunvericiliyin tətbiqi sahəsində analitik yanaşmanı gücləndirmək və müxtəlif hüquqi situasiyalarda düzgün qərar qəbul etmə bacarığını formalaşdırmaqdır. Bu toplu həm tədris prosesində, həm də imtahanlara hazırlıq mərhələsində etibarlı yardımçınız olacaq.