Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Sual Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri üzrə hüquqi məsləhət

Sualıma cavab axtarıram

Biniyamin eliyev

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
31 İyul 2026
Mesajlar
2
aparılır. 2026-cı ilin mart ayından bu ayadək bir şəxsdən iş qurmaq məqsədilə hissə-hissə olmaqla ümumilikdə təxminən 30.000 manat pul almışam. Təəssüf ki, planlaşdırılan iş alınmayıb və maddi çətinlik səbəbindən həmin məbləği vaxtında qaytara bilməmişəm. Bu faktı polisə verdiyim izahatda da etiraf etmişəm. Qarşı tərəf də ərizəsində pulu iş məqsədilə mənə verdiyini və geri ala bilmədiyini qeyd edib. Hazırda zərəri hissə-hissə ödəmək barədə razılığa gəlmişik və borcu tam ödəmək niyyətindəyəm. Şikayətçi bir neçə dəfə şikayətini geri götürmək istədiyini bildirib. Şikayətçinin dediyinə görə, müstəntiq hələlik şikayəti geri götürməməsini və gözləməsini deyib. Mənə bildirilib ki, məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və ya 178.2.4-cü maddəsi ilə qiymətləndirilə bilər. Bu vəziyyətdə hüquqlarımın nədən ibarət olduğunu, bu maddələrin mənə tətbiq olunma ehtimalını, istintaq mərhələsində necə hərəkət etməli olduğumu və zərəri hissə-hissə ödəməyimin hüquqi baxımdan necə qiymətləndiriləcəyini öyrənmək üçün ödənişsiz hüquqi məsləhət almaq istəyirəm. Təşəkkür edirəm.
 
Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
233
Sayt
huquqlar.az

Salam. Həmin 30000 Azn məbləği nə zaman əldə etmisiniz? Və bugünki tarixədək zərərçəkənə nə qədər ödəniş etmisiniz?
 
Biniyamin eliyev

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
31 İyul 2026
Mesajlar
2
Salam. Həmin 30000 Azn məbləği nə zaman əldə etmisiniz? Və bugünki tarixədək zərərçəkənə nə qədər ödəniş etmisiniz?
Qeyd edirəm ki, təxminən 30 000 manat məbləğ mənə bir dəfəyə verilməmişdir. Həmin məbləğ mart ayından etibarən müxtəlif vaxtlarda hissə-hissə verilmiş, köçürmələr 100 manat, 500 manat, 1 000 manat, 1 500 manat və digər fərqli məbləğlər şəklində həyata keçirilmişdir. Ümumi məbləğ bu ödənişlərin cəmi olaraq təxminən 30 000 manat təşkil etmişdir.

Pulun geri qaytarılması ilə bağlı söhbətimiz yalnız iyul ayında başlamışdır. Mən ona işlərin uğursuz getdiyini və bu səbəbdən yaranmış maliyyə çətinliklərini izah etmişəm. O isə verdiyi pulların geri qaytarılmasını tələb etmişdir. Mən ilk olaraq borcun hissə-hissə ödənilməsini təklif etsəm də, bu təklif qəbul edilməmiş və polisə şikayət olunmuşdur.

Şikayətdən sonra yenidən görüşüb danışdıq və qarşılıqlı razılığa gəldik. Mən aylıq hissələrlə bütün məbləğin tam şəkildə ödənilməsinə razılıq verdim. Bundan sonra qarşı tərəf şikayətini geri götürmək məqsədilə 3–4 dəfə istintaq bölməsinə müraciət etsə də, müstəntiq şikayətin geri götürülməsini qəbul etmədi.
 
Salam bir daha. Bəli şikayət geri götürülsə də, zərərçəkmişə dəymiş ziyan ödənsə belə dövlət büdcəsinə də ödəniş olunmalıdır (Ziyanın 25 %-i) Əgər ödəniş olmasa, müstəntiq işi məhkəməyə göndərə bilər. Qeyd edirik ki, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
 
Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar