Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

highlawyer

Yeni istifadəçi
Hüquqşünas
Qoşulub
23 Fevral 2026
Mesajlar
9
Cinayətin subyekti – ictimai təhlükəli əməli törədən və buna görə qanunauyğun cinayət məsuliyyəti daşımaq qabiliyyəti olan şəxsdir. Cinayətin subyekti fiziki, anlaqlı, qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxslər ola bilər.

Cinayətin subyekti cinayətin dörd tərkib ünsüründən biridir. Buna görə də cinayətin subyekti cinayət tərkibinə zəruri əlamət kimi daxil olur. əməldə cinayət qanunu ilə müəyyən edilən subyekt əlaməti olmadıqda cinayət tərkibi mövcud olmur. Azyaşlıların və öz davranışlarını ölçüb-biçmək qabiliyyəti olmayan ruhi xəstələrin əməlləri nəqədər təhlükəli olsa da, belə əməllərlə əlaqədar “cinayət əməli”, “cinayət” kimi anlayışlar işlədilmir. Çünki onlar subyekt sayıla bilməz. Subyekt yoxdursa cinayət də yoxdur.

Cinayətin subyekti ümumi mənada cinayəti törədən şəxsdir. Daha məhdud mənada isə cinayət qanununda göstərilən əməli həyatda qəsdən, və yaxud da ehtiyatsızlıqla törədən hallarda cinayət məsuliyyəti daşımaq qabiliyyəti olan şəxsdir.

Cinayət Məcəlləsinin 19-cu maddəsində faktiki cinayətin subyektinin tərifi verilmişdir. Məcəllənin 20-ci maddəsində törədilməsinə görə barəsində 14 yaşdan məsuliyyət yaradan cinayətlərin dairəsi yenidən konkretləşdirilmişdir. CM-ə ilk dəfə “anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxsin cinayət məsuliyyəti” məsələsinin anlayışını müəyyən edən xüsusi norma daxil edilmişdir. Yaş həddi və anlaqlılıq fiziki şəxsi cinayətin subyekti kimi tanımaq üçün zəruri olan əlamətdir.Bu əlamətləri özündə “cəmləyən” şəxsləri “ümumi subyekt” adlandırmaq qəbul olunmuşdur. Qeyd edilən “anlaqlılıq” və “yaş həddi” əlamətləri ilə yanaşı məsuliyyətin yaranması üçün əlavə əlamətlərin də olması tələb olunan subyekti “xüsusi subyekt” adlandırmaq qəbul edilmişdir. Beləliklə, cinayət hüququ üzrə cinayətin subyekti cinayət qanununda nəzərdə tutulan ictimai-təhlükəli əməli qəsdən, yaxud ehtiyatsızlıqla törədərkən qanunla müəyyən edilən yaş həddinə çatan, anlaqlı olan, ayrı-ayrı hallarda uyğun normalarda göstərilən bəzi xüsusi əlamətlərə malik olan fiziki şəxsdir.

Yuxarıdakı tərifdən göründüyü kimi, cinayətin subyekti yalnız insan ola bilər. Heyvanlar və hüquqi şəxslər cinayətin subyekti sayıla bilməz. Müəssisədə hər hansı qaydalar ciddi surətdə pozulursa və bundan insanların sağlamlığı və həyatı ziyan çəkirsə, buna görə müəssisə deyil, müəssisədə həmin qaydaların təmin edilməsinə cavabdeh olan şəxs cinayətin subyekti olur.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar