
Dövlət qulluğu üzrə qanunvericilik toplusu hüquqşünaslar üçün mövcud normativ-hüquqi aktların bir yerdə toplanması baxımından böyük əhəmiyyət kəsb edir. Test tapşırıqları hüquqşünasların nəzəri biliklərini möhkəmləndirməsinə və praktiki düşünmə qabiliyyətini artırmasına xidmət edir. Testlər üzərində işləməklə hüquqşünaslar həm qanunvericilikdəki incəlikləri daha dərindən mənimsəyir, həm də hüquqi məsələləri tez və dəqiq cavablandırmaq bacarığını inkişaf etdirirlər. Bu isə onların peşə fəaliyyətində operativlik və dəqiqlik qazanmasına səbəb olur.
Dövlət qulluğuna qəbul imtahanlarına hazırlaşan hüquqşünaslar üçün bu toplu vəsait olduqca faydalıdır.