Kollektiv müqavilədə hər iki tərəfin marağını təmin edən və əmək münasibətlərində vacib olan aşağıdakı sahələr barədə razılığa gəlmək olar: əmək haqqı, əməyin ödənilməsi qaydaları və miqdarı, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqda şərtlər; işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi; qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi, əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və onun fəaliyyət qaydası, işçilərin tibbi və sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi və sair.