Məişət zorakılığından zərərçəkən şəxs uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə dövlət rüsumunu ödəməkdən azad edilir.
Belə ki, "Dövlət rüsumu haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə – məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçi məhkəmə üçün dövlət rüsumunu ödəməkdən azad edilir.
Qeyd edək ki, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, yerli icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.
Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək verilir.