Bağışlama yoxsa əsassız varlanma?
Nişan mərasimində nişanlanan qıza hədiyyə verilən qızıl-zinət əşyaları toy baş tutmadığı halda, bağışlama müqaviləsi kimi deyil, əsassız varlanma kimi qiymətləndirilir.
Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyi
Ali Məhkəmənin Mülki kollegiyasının 17.01.2024-cü il tarixli Qərarına əsasən nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur.
Məhkəmə əmlakın gələcəkdə rəsmi nikah, yəni toyun baş tutacağı ümidi ilə verildiyini, lakin toy baş tutmadığı üçün müvafiq olaraq tərəflərin əvvəlki vəziyyətə (sıfır nöqtəsinə) qayıtdığını bildirməklə münasibətə “bağışlama” müqaviləsinin müddəalarının tətbiq olunmağını istisna edir.
Məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi (yəni toyun baş tutmaması), əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.
Belə ki, gələcəkdə rəsmi nikah baş tutmazsa, hədiyyə, habelə qızıl-zinət əşyalarını əldə etmə sonradan aradan qalxmış əsasa söykəndiyi üçün bu əsassız varlanma hesab olunur. Mülki Məcəlləyə əsasən əsassız varlanmış şəxsin əmlakı geri qaytarmaq vəzifəsi yaranır. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.