Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Prokurorluq imtahanındakı qanun və məcəllələrin prinsipləri

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
62
Sayt
huquqlar.az
Prokurorluq orqanlarına qəbul imtahanın proqramında mövcud olan qanun və məcəllələrin prinsiplərinin konspekt halda paylaşımını təqdim edirik.

Əməliyyat-axtarış fəaliyyəti haqqında prinsiplər - qanunçuluq, insan hüquq və azadlıqlarına hörmət, humanistlik, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsipləri

Polis haqqında qanun – qanunçuluq, insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, humanistlik və təkbaşçılıq prinsipləri

İnzibati Xətalar Məcəlləsi - qanunçuluq, insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsipləri

Cinayət Məcəlləsi - qanunçuluq, humanism, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət və ədalət prinsipləri

Vəkillər və vəkillik fəaliyyəti haqqında - qanunun aliliyi, humanizm, müstəqillik, demokratizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri

Prokurorluq haqqında qanun - qanunçuluq; hər kəsin qanun qarşısında hüquq bərabərliyi; fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi; obyektivlik, qərəzsizlik və faktlara əsaslanma; vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabe olması; siyasi bitərəflik.

Prokurorluq orqanlarında qulluq keçmə haqqında qanun - Prokurorluq işçilərinin qulluq keçməsi “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prokurorluğun fəaliyyət prinsiplərinə əsaslanır

Normativ hüquqi aktlar haqqında konstitusiya qanunu - Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü; 8.0.2. aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu; 8.0.3. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; 8.0.4. mütənasiblik; 8.0.5. dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi; 8.0.6. normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı; 8.0.7. normativ hüquqi aktların ziddiyyətsizliyi; 8.0.8. insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət; 8.0.9. ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.

Mülki Məcəllə - mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi.

Əmək Məcəlləsi - hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsipləri

Korrupsiyaya qarşı mübarizə haqqında – yoxdu

Məhkəmələr və hakimlər haqqında – yoxdu
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar