Ü
Ülkər HəmidIi
Qonaq
Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tələblər:
-ali hüquq təhsilli olmalı;
-seçkilərdə iştirak etmək hüququna malik olmalı;
-prokuror, müstəntiq və ya əməliyyatçı vəzifələrinin yerinə yetirilməsi üçün zəruri peşə keyfiyyətlərinə malik olmalı;
-Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları olmalı;
- yaş tələbi – 30 yaşadək.
Prokurorluq orqanlarında işləmək istəyənlər üçün imtahanlar:
Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqədən keçirlər.
Müsabiqə ixtisas imtahanlarından və müsahibədən ibarətdir.
Prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər Baş Prokurorluğun elm-tədris mərkəzində icbari təlimə cəlb edilirlər.
Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər prokurorluğa qulluğa qəbul edilirlər.
Prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddi 65 yaşdır.
Kimlər prokurorluğa işə qəbul edilə bilməz?
-ikili vətəndaşlığı olan şəxslər;
-digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
-din xadimləri;
-fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
-alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
-əvvəllər məhkum olmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
-əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı adı ilə bir araya sığmayan hərəkətlərinə görə vəzifədən azad edilmiş şəxslər;
-qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar
Prokurorluq imtahanına hazırlıq üçün ədəbiyyat siyahısı:
Konstitusiya və Məcəllələr
1. Konstitusiya,
2. Mülki Məcəllə,
3. Mülki Prosessual Məcəllə,
4. Cinayət Məcəlləsi,
5. Cinayət Prosessual Məcəllə,
6. İnzibati Xətalar Məcəlləsi,
7. Əmək Məcəlləsi.
Qanunlar:
1. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu,
2. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu,
3. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiya,
4. “Prokurorluq haqqında” Qanun,
5. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanun,
6. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun,
7. “Polis haqqında” Qanun,
8. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun,
9. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun,
10. “Məhkəmələr və hakimlər haqqında” Qanun.

Əlavələr
Sonuncu redaktə edən moderator: