- Qoşulub
- 6 Fevral 2026
- Mesajlar
- 8
Salam. Mənə məxsus olan iPad mini 5 planşetini ekran şüşəsinin dəyişdirilməsi məqsədilə bir servis mərkəzinə təhvil vermişəm. Servis tərəfindən bildirilib ki, təmir müddəti təxminən 3 saat olacaq və xidmət haqqı 80 manat təşkil edəcək. Mən bu şərtlərlə razılaşmışam.
Növbəti gün cihazı götürmək üçün müraciət etdikdə mənə məlumat verilib ki, şüşə dəyişdirilsə də, təmir prosesi zamanı ustanın ehtiyatsızlığı nəticəsində planşetin daxili hissəsində yerləşən elektron detal zədələnib. Servis nümayəndələri etiraf ediblər ki, zədələnmə onların təqsiri ilə baş verib və həmin detalın dəyişdirilməsi öz hesablarına həyata keçiriləcək - 1 günə hazır olacaq - detal artıq sifariş verilib.
Buna baxmayaraq, artıq bir neçə gün keçməsinə (5 gün) rəğmən, detalın tapılmadığı və cihazın nə vaxt təhvil veriləcəyi barədə konkret tarix bildirilmədiyi qeyd olunur. İlkin olaraq 3 saat vəd edildiyi halda, hazırda təmir qeyri-müəyyən müddətə uzadılıb.
Planşet mənə təhsil məqsədilə, xüsusilə onlayn imtahanlarda iştirak etmək üçün zəruridir. Gecikmə səbəbindən başqa cihaz icarəyə götürmək məcburiyyətində qalmışam və bu, əlavə maddi xərc yaradır (8 günə 145 manat).
Eyni zamanda, cihazın daxili orijinal detalı servis əməkdaşının təqsiri nəticəsində sıradan çıxmışdır və dəyişdiriləcək detalın zavod istehsalı olmadığı ehtimal olunur. Bu isə cihazın əvvəlki vəziyyətinə tam qaytarılacağına dair şübhə yaradır.