Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Faydalı Sürücülük hüququndan məhrum edilməsi, sürücülük hüquqlarının məhdudlaşdırılması və itirilməsi

Ümumi Faydalı

Rövşən Davidov

Huquqlar.az
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
8 Sentyabr 2025
Mesajlar
23
Sürücülük hüququndan məhrumetmə - cinayət sayılan yol nəqliyyat hadisəsində təqsirli olduqda məhkəmənin hökmü ilə şəxs nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilir.
Belə məhrumetmənin müddəti bir ildən beş ilə qədər olur(CM 45.1)
Sürücülük hüququnun məhdudlaşdırılması - ciddi inzibati xətalar törətdikdə tətbiq olunur. Ciddi qayda pozuntuları dedikdə cinayət sayılmayan yol-nəqliyyat hadisələrinin törədilməsi, sərxoş halda avtomobil idarə etdikdə, avtoxuliqanlıq etdikdə məhkəmənin qərarı ilə şəxsin sürücülük hüququ məhdudlaşdırılır. Belə məhdudlaşdırma iki aydan iki ilədək olur(İXM 27.1).Bu halda məhdudlaşdırma məhkəmə qərarı əsasında həyata keçirilir.
Məhdudlaşdırmanın bir də ayrıca halı var ki, bu zaman məhdudlaşdırma üçün məhkəmə qərarına ehtiyac duyulmur: Vətəndaşın cərimə ballarının sayı 1 il ərzində 20-yə çatdıqda yaxud keçdikdə sürücülük hüququ məhdudlaşdırılır. Bu zaman Dövlət Yol Polisi orqanlarının öz qərarı ilə məhdudlaşdırmanı həyata keçirilir.
Sürücülük hüququnun itirilməsi - ən geniş yayılanı hal sürücülük vəsiqəsinin müddətinin bitməsidir. Vəsiqənin müddəti bitdikdən sonra vətəndaş yeni vəsiqə əldə edənə qədər sürücülük hüququnu itirir. İkinci hal sağlamlığın sürücülük üçün yararsız olduğu zaman da şəxs bu hüququnu itirir. Məsələn: görmə qabiliyyəti sürücülük üçün tələb olunan həddən aşağı olduğu zaman o sürücülük hüququnu itirir
Bir də onu qeyd edim ki, D kateqoriyası ilə bağlı müstəsna bir hal mövcuddur: Əgər sürücünün vəsiqəsində D, DE kateqoriyaları və D1 alt kateroriyası varsa, 65 yaşından sonra bu kateqoriyalar üzrə hüququnu itirir. Yəni şəxs 65 yaşını keçdikdən sonra avtobus sürmək hüququnu itirir. Digər kateqoriyalarda isə belə məhdudiyyət yoxdur!
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar