Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Faydalı Vəkil olmaq istəyən namizədlər üçün tələblər və ədəbiyyat siyahısı

Ümumi Faydalı
Ü

Ülkər HəmidIi

Qonaq
Vəkil olmaq istəyən namizədlər üçün tələblər:

-yaş tələbi yoxdur;

-ali hüquq təhsilli olmalı;

-hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində 3 ildən az olmayan iş stajı olmalı;

-yazılı test və şifahi müsahibədən ibarət ixtisas imtahanını müvəffəqliyyətlə keçməli;

-Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimi müvəffəqiyyətlə bitirməli.


Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.

Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.

Vəkillər bütün məhkəmə instansiyalarında və Konstitusiya Məhkəməsində həyata keçirilən icraatlara buraxılırlar.

Kimlər vəkil ola bilməz?

-ikili vətəndaşlığı olan;

-digər dövlətlər qarşısında öhdəlikləri olan;

-qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş;

-qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli pozuntularına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan;

-qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş;

-barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər.

Vəkillik imtahanına hazırlıq üçün ədəbiyyat siyahısı:

Konstitusiya və Məcəllələr


1. Azərbaycan Resublikası Konstitusiyası,
2. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası,
3. Mülki Məcəllə,
4. Mülki Prosessual Məcəllə,
5. Cinayət Məcəlləsi,
6.Cinayət Prosessual Məcəllə,
7. İnzibati Xətalar Məcəlləsi,
8. İnzibati Prosessual Məcəllə,
9. Ailə Məcəlləsi,
10. Əmək Məcəlləsi,
11. Cəzaların İcrası Məcəlləsi,
12. Mənzil Məcəlləsi,
13. Şəhərsalma və Tikinti Məcəlləsi,
14. Vergi Məcəlləsi,
15. Torpaq Məcəlləsi,
16. Seçki Məcəlləsi.


Qanunlar:

1. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun,
2. “Konstitusiya Məhkəməsi haqqında” Qanun
3.“Məhkəmələr və hakimlər haqqında” Qanun
4. “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu,
5. “Mediasiya haqqında”,
6. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası,
7. “Notariat haqqında” Qanun,
8. “İcra haqqında” Qanun,
9. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun,
10. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun,
11. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun,
12. “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun,
13. “Prokurorluq haqqında” Qanun,
14. “Polis haqqında” Qanun,
15. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun,
16. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun
17. “İnzibati icraat haqqında” Qanun.
 

Əlavələr

  • tərcümeyi hal forması.pdf
    102.4 KB · Baxışlar: 0
  • Kadrların uçot vərəqi.pdf
    396.6 KB · Baxışlar: 0
  • ərizə qəbul.pdf
    61.6 KB · Baxışlar: 0
Sonuncu redaktə edən moderator:

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar