Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.
Siz köhnəlmiş bir brauzer istifadə edirsiniz. Bu və ya digər vebsaytları düzgün göstərə bilməz. Siz ya alternativ bir brauzer istifadə etməli, ya da brauzerinizi yeniləməlisiniz.
Bəli. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
Miras əmlak vərəsələrə deyil, bir və ya bir neçə kənar şəxsə vəsiyyət edilsə də...
Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı 1-ci növbə vərəsələr (ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulan uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab edilirlər. Yəni miras qoyanın qız və ya oğlan övladı varsa...