Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Hüquqşünasları aktiv olmağa dəvət edirik

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
145
Sayt
huquqlar.az
Salam, hörmətli hüquqşünas həmkarlar.

İlk öncə qeyd etmək istəyirəm ki, Huquqlar.az forumu tamamilə ödənişsiz vətəndaşların və hüquqşünasların istifadəsi üçün mövcuddur.

Hüquqşünasların forumda hüquqi məqalələrini, hüquqi mövzularda biliklərini, təcrübələrini, eləcə də hüquqi məsələlərin həll yollarını paylaşmalarını istəyirik.

Forumda paylaşılan hər bir mövzu googledə həmin mövzu ilə bağlı axtarış edən insanların qarşısına çıxır. Bu o deməkdir ki, sizin paylaşdığınız hüquqi mövzuları vətəndaşlar, hüquqşünaslar illər keçsə belə oxuyub hüquqi maariflənə biləcək. Həmçinin sizin ad və soyadınızla edilən axtarışlarda da sizin mövzularınız çıxacaqdır. Gənc hüquqşünaslar hüquqi mövzularda paylaşımlar edərək həm vətəndaşlar, həm də hüquqşünaslar arasında tanına bilərlər.

Hüquqşünaslar öz hüquq şirkətlərini, hüquqi xidmətlərini heç bir məhdudiyyət olmadan reklam edə bilər və hüquqi xidmət göstərə bilərlər.

Hüquqşünaslardan hüquq tələbələrinə, gənc hüquqşünaslara, vətəndaşlara dəstək olacaq hüquqi mövzularda paylaşımlar etmələrini xahiş edirik. Artıq Huquqlar.az 2 aya yaxındır fəaliyyət göstərsə də 430+ istifadəçiyə malikdir.

Məqsədimiz hüququ daha əlçatan etməkdir. Bütün hüquqi mövzuları bir saytda toplamaq, hər kəsin hüquqi biliklərini rahat paylaşmasını təmin etmək, hüquqi suallarına cavab axtaran şəxslərə isə şərait yaratmaqdır.
 

Rövşən Davidov

Huquqlar.az
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
8 Sentyabr 2025
Mesajlar
23
Salam, Ülkər xanım. Hüquqşünaslar və hüquq tələbələri üçün belə bir böyük fürsət yaratdığınız üçün Sizə çox təşəkkür edirəm. Belə bir forumun yaranmasına çoxdan ehtiyac var idi
 

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
145
Sayt
huquqlar.az
Salam, Ülkər xanım. Hüquqşünaslar və hüquq tələbələri üçün belə bir böyük fürsət yaratdığınız üçün Sizə çox təşəkkür edirəm. Belə bir forumun yaranmasına çoxdan ehtiyac var idi
Təşəkkürlər, Rövşən bəy. Forumda aktiv olan hüquq tələbələrindən biri sizsiniz. Bu isə sevindirici haldır. Öyrənməyə və öyrətməyə həvəslisiniz.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar