“Dövlət rüsumu haqqında” Qanunun 18-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu avtonəqliyyat vasitələri üçün - 30 manat; motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, habelə mopedlər üçün - 15 manat təşkil edir.
İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Nazirlər Kabinetinin 31 yanvar 2024-cü il tarixli qərarına əsasən nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği minik atomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı istehsal-buraxılış ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda 700 manat,
hər dövlət texniki baxışı zamanı istehsal-buraxılış ili 4 ildən 10 ilədək olduqda 10 manat, 10 ildən 20 ilədək olduqda 20 manat, 20 ildən 30 ilədək olduqda 30 manat və 30 il və daha çox olduqda 40 manat təşkil edir.