Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Birgə nikah dövründəki əmlaklardan övladlara pay düşür?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah dövründə ər və arvadın əldə etdiyi əmlak ümumi mülkiyyət hesab olunur və boşanma zamanı bərabər şəkildə bölünür.

Lakin bəzən qadınlar elə hesab edirlər ki, birgə nikah dövründə qazanılmayan əmlaklardan onların övladlarına pay düşür. Ailə Məcəlləsinə əsasən ər-arvad birgə nikah dövründə və onların birgə qazancı ilə qazanılmayan əmlakları tələb edə bilməzlər.

Məsələn, nikahdan əvvəl pay alınıb, mənzil alınıb və ya nikah dövründə vərəsəlik qaydasında və bağışlama ilə ər və ya arvada əmlak verilibsə, bunlardan qarşı tərəfə hər hansı bir pay verilmir.

Qadın uşaqlar onun yanında qaldığı təqdirdə əmlakdan uşaqlara görə pay ala bilər. Bu, yalnış fikirdir.

Belə ki, qanunvericiliyə əsasən, ər və arvadın adına olan əmlaklardan tərəflər uşaqlara heç bir pay verməyə borclu deyil.

Ailə Məcəlləsində belə bir öhdəlik nəzərdə tutulmayıb. Uşaqlar qadının yanında qalırsa, uşaqların saxlanmasına görə aliment tələb edə bilər.
 

Rövşən Davidov

Huquqlar.az
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
8 Sentyabr 2025
Mesajlar
22
Çox sağ olun, Ülkər xanım, çox mühüm sualları işıqlandırdınız. Bir sualım var: ər (və ya arvad) vərəsəlik qaydasında ev alıb, sonradan onlar birlikdə təmir işləri aparıblar. Bu halda arvad (və ya ər) öz payını tələb edə bilərmi?
 

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
Çox sağ olun, Ülkər xanım, çox mühüm sualları işıqlandırdınız. Bir sualım var: ər (və ya arvad) vərəsəlik qaydasında ev alıb, sonradan onlar birlikdə təmir işləri aparıblar. Bu halda arvad (və ya ər) öz payını tələb edə bilərmi?
Tərəflər öz aralarında razılaşdırmaqla pay müəyyən edə bilərlər. Əgər razılaşma olmazsa, nikah dövründə edilmiş həmin təmir işlərinə görə ər və ya arvad kompensasiya tələb edə bilər.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar