Salam, məni bir neçə dəfə zəng edərək yol polisinə çağırdılar sadəcə iş ilə əlaqədar gedə bilmədim və son olaraq protokol tərtib etdilər. Protokol 29.01.2026 tarixində tərtib olunub lakin xətanın törədilmə tarixi kimi 19.01.2026dır. Bildiyim qədərilə xəta aşkar olunduqdan 24saat ərzində tərtib edilib yerləşdirilməlidir. Tərtib etdikləri protokola heç bir şəkil və ya video əlavə etməyiblər. Və protokol qərarsızdır, qərar verildiyi tarix boşdur. Bu Səbəbdən E-polis tətbiqində şikayət et düyməsi aktivləşməyib. Mən nə etməliyəm? necə şikayət edə bilərəm? Bununla baglı hansı addımları atmalıyam? Və növəbti addımda məhkəməyə müraciət edə bilərəmmi?