- Qoşulub
- 23 Fevral 2026
- Mesajlar
- 9
Cinayətin subyektiv cəhəti –cinayətin bilavasitə törədilməsi ilə əlaqədar şəxsin psixi fəaliyyətidir. O, ictimai təhlükəli əməli etməyə qətiyyət yaradan dərk edilən tələbatı, əməlin obyektiv əlamətlərinin şüurda inikasını (ya da inikas imkanını) və bunlara münasibəti ifadə edir. Subyektiv cəhəti xarakterizə edən tərkib əlamətləri qanunda göstərilir; təqsiri, motiv və məqsədi nəzərdə tutur; əməldə bunların olub-olmadığını, şəxsin təqsirinin olub-olmadığını aydınlaşdırmağı tələb edir.
Subyektiv cəhətin elementlərini Təqsir, Motiv, Məqsəd, bunları müşaiyət edən Emosional Vəziyyət təşkil edir. Təqsir subyektiv cəhətin zəruri elementidir, çünki bütün cinayət tərkiblərinə daxil edilir. Motiv və məqsəd isə heç də bütün cinayət tərkiblərinə daxil edilmir, elə buna görə də onlar subyektiv cəhətin fakultətiv elementləri sayılır. Cinayətin hazırlanmasında, törədilməsində emosiya motiv və məqsədin formalaşmasına ciddi təsir göstəribsə, yaxud həlledici roloynayıbsa, emosiya hüquqi əhəmiyyət kəsb edir (bir halda tərkibə daxil olub məsuliyyəti differensasiya edir, bəzənsə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulur).