Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Diqqət  Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qəbul üzrə müsabiqə elan edilir

Diqqət

Rövşən Davidov

Huquqlar.az
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
8 Sentyabr 2025
Mesajlar
23
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müsabiqə Komissiyası bildirir ki, Xidmətin fəaliyyətinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi tədbirləri çərçivəsində kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə 2025-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək açıq müsabiqə keçirilir.

Vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində energetika mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, psixologiya, təhsildə sosial-psixoloji xidmət, yanğın təhlükəsizliyi mühəndisliyi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasları üzrə ali təhsil tələb edən orta rəis heyəti vəzifələridir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsi ilə Penitensiar xidmətin veb-saytında “Xidmətə qəbul”bölməsində tanış ola bilərlər.

Ərizələri xidmətin elektron poçtu (info@penitensiar.justice.gov.az), Azərpoçt və ya xidmətin Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsi, giriş 14 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.

Vətəndaşlar müsabiqənin keçirilməsi ilə bağlı (012) 498-71-06, (012) 493-44-89 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat ala bilərlər.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar