Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Sual Əmək məsələləri

Sualıma cavab axtarıram

orxan2026

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
9 Oktyabr 2026
Mesajlar
3
Əmək məsələləri ilə bağlı ödənişsiz məsləhət almaq istəyirdim.
 
orxan2026

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
9 Oktyabr 2026
Mesajlar
3
Mövzu: Əmək hüquqlarının pozulması, məhkəmə iddiaları və sübutların qiymətləndirilməsi barədə
Salam. Bir tanışımın iş yerində qarşılaşdığı hüquq pozuntuları ilə bağlı artıq məhkəməyə müraciət olunub. İşin gedişatı və əlimizdəki sübutların çəkisi ilə bağlı rəyiniz çox önəmlidir. Məsələ qısaca belədir:
1. Qanunsuz Pul Cəriməsi və Saxta Sənədləşmə: İşəgötürən tərəfindən işçiyə qanunsuz pul cəriməsi kəsilib. Bu kəsintini ört-basdır etmək və leqallaşdırmaq məqsədilə, işçiyə təzyiq göstərilərək geriyə dönük tarixlə məzuniyyət sənədləri imzaladılıb. Nəticədə həmin məbləğ kağız üzərində "məzuniyyət ödənişi" kimi göstərilərək işçinin aylıq əməkhaqqından əskik edilib.
2. Faktiki İşin Elektron Sübutları: Sənəd üzərində işçi "məzuniyyətdə" göstərilsə də, faktiki olaraq həmin tarixlərdə ərazidə (sahədə) olub və öz supervayzer funksiyalarını tam icra edib. İşçinin həmin günlərdə işlədiyini sübut edən şirkət daxili proqram logları (giriş-çıxış tarixləri), mağaza fotoları və GPS koordinat qeydləri mövcuddur. Bu elektron loqların məhkəmə tərəfindən rəsmi qaydada tələb olunması istənilib.
3. Səs Yazısı: Əlimizdə işəgötürənin təzyiqlərini, cərimə ilə bağlı etiraflarını və sənədləşmənin məcburi/saxta xarakter daşıdığını aşkar şəkildə sübut edən səs yazısı da mövcuddur.
4. Məhkəmə Tələbi: Qanunsuz kəsilmiş vəsaitin geri ödənilməsi, qanun pozuntusuna yol vermiş işəgötürənin cərimələnməsi və təzminat ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılıb.
Bu vəziyyətlə bağlı sizdən öyrənmək istədiyimiz məqamlar:
• Qarşı tərəfin razılığı olmadan alınan səs yazısının və şirkət daxili proqramdakı GPS/loq qeydlərinin məhkəmədə mötəbər sübut kimi qəbul edilmə şansı nə qədərdir? Məhkəmənin bu loqları şirkətdən rəsmi tələb etməsi proseduru necə tənzimlənir?
• Kağız üzərində məzuniyyətdə olub, realda işləmək faktı subut olunarsa, işəgötürən hansı İnzibati Xətalar və ya Cinayət Məcəlləsi maddələri ilə məsuliyyətə cəlb oluna bilər?
• Belə bir işdə məhkəmənin işçinin xeyrinə təzminat qərarı çıxarmaq təcrübəsi (presedenti) varmı və hakimlər bu cür işlərdə əsasən nəyə diqqət
edirlər?
 
Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
250
Sayt
huquqlar.az

Salam. Ümumi olaraq aşağıdakı kimi izah edək:
1. Səs-yazısının nə vaxt, kim tərəfindən və hansı şəraitdə aparıldığı göstərilməlidir. Sübut olaraq təqdim edə bilərsiniz.
Səs yazısının qanuni əldə edilməsi, həqiqiliyi və məzmunu məhkəmə tərəfindən qiymətləndiriləcək.
Şirkətin daxili proqramında saxlanılan GPS/loq, giriş-çıxış tarixçəsi və iş tapşırıqları faktiki işləmə müddətinin sübut edilməsinə kömək edə bilər. İşçi tərəfindən həmin məlumatlar müstəqil əldə edilə bilmirsə, məhkəməyə vəsatət təqdim edərək onların şirkətdən tələb edilməsini istəyə bilər. Yəni işçi məhkəməyə vəsatətlə müraciət etsin.
2. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oluna bilər.
3. Bəli, işəgötürən qanunsuz hərəkətləri nəticəsində işçiyə vurulan maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır. Bununla bağlı Əmək Məcəlləsinin 290-cı maddəsinə nəzər sala bilərsiniz. Kompensasiyanın məbləğini işin hallarına əsasən məhkəmə müəyyən edir.
 
Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar