Bəli. “Əmək pensiyaları haqqında” Qanuna əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların pensiya yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
Hal-hazırda qadınlar üçün pensiya yaş həddi 65 yaş, kişilər üçün 65 yaşdır.
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənmişdir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən olunur.