Xeyr. Həmin ev boşanma zamanı ər-arvad arasında bölünə bilməz. Çünki çıxarış (kupça) olmasa da, ev nikahdan əvvəl əldə edilib. Nikahdan sonra çıxarış (kupça) verilməsi evin ər-arvad arasında bölünməsi üçün əsas deyil.
Belə ki, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.