Şəxsin evini yaxın qohumu olmayan (kənar) şəxsə bağışlamasının notarius tərəfindən təsdiq edilməməsinə təcrübədə çox rast gəlsək də, bu mülkiyyət hüququna ziddir.
Qanunvericilikdə şəxsin əmlakını yaxın qohum olmayan kənar şəxsə bağışlaması ilə bağlı heç bir məhdudiyyət və ya qadağa yoxdur. Belə ki, bağışlama müqaviləsi yaxın qohum olmayan kənar şəxslə də bağlana bilər.
Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ şəxsin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək (satmaq, bağışlamaq) üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu maddəyə əsasən də şəxs öz əmlakını istədiyi şəxsə sata, bağışlaya və ya vəsiyyət edə bilər. Bu zaman isə notariuslar şəxsin iradəsini əsas götürməlidirlər.