Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
171
Sayt
huquqlar.az
Mediada və sosial şəbəkələrdə tez-tez oxuyuruq ki, “Filankəs tutuldu”, “Filankəs həbs olundu” və s. Yalnız sadə insanlar yox, media mənsubları da əksərən şəxsin barəsində inzibati həbs, həbs qətimkan tədbiri və ya azadlıqdan məhrumetmə cəzasının verilməsini düzgün qeyd etmirlər.

Həbs qətimkan tədbiridir. “Azadlıqdan məhrumetmə” isə cəzadır, məhkəmənin hökmü ilə verilir. Şəxs məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra cəzaçəkmə müəssisələrində və ya həbsxanada cəzasını çəkir.

Yəni, “filankəsə 10 il iş verildi” məsələsinin həbs qətimkan tədbirinə aidiyyatı yoxdur.

Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla sübuta yetirilməyibsə, bu barədə məhkəmənin hökmü yoxdursa, təqsirsiz hesab edilir.

Yəni, şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilibsə, bu ona “cinayətkar və ya qatil” deməyə imkan vermir. Barəsində həbs qətimkan tədbiri seçilən şəxs hələ cinayətkar deyil, təqsirləndiriləndir. O, sadəcə, istintaq tərəfindən cinayət edilməkdə təqsirləndirilir, amma bu hələ sübut edilməyib.

Nəzərə almaq lazımdır ki, barəsində həbs qətimkan tədbiri seçilmiş hər şəxsə azadlıqdan məhrumetmə cəzası verilmir. Hətta barəsində həbs qətimkan tədbiri seçilən şəxs məhkəmənin hökmü ilə təqsirsiz elan edilərsə azad oluna bilər.

Həbs qətimkan tədbiridir. Qətimkan tədbiri - şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir.

Qətimkan tədbirinin seçilməsinə səbəb şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla istintaqın normal gedişini təmin etməkdir.

Qətimkan tədbirlərinin bir çox növü var. Bunlara həbs, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma daxildir.

Həbs qətimkan tədbirinin seçilməsi qaydası:

Qətimkan tədbiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə seçilən prosessual məcburiyyət tədbiridir.

İbtidai istintaq zamanı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir.

Yəni, cinayət işi üzrə istintaqı aparan müstəntiq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini zəruri hesab etdikdə bu barədə əsaslandırılmış vəsatətlə prokurora müraciət edir.

Prokuror vəsatətin əsaslılığını yoxlayır, təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan, digər qətimkan tədbiri seçilməklə də məqsədə nail olunmasının mümkün olduğunu hesab etdikdə, müstəntiqin vəsatətinin təmin edilməməsi barədə qərar qəbul edir.

Prokuror şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini zəruri hesab etdikdə, bu barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edir.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar