- Qoşulub
- 8 Sentyabr 2025
- Mesajlar
- 22
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət məsuliyyətinə səbəb olur.
Cinayət törədilmə üsulu hədələmədə, yəni təqsirkarın zərərçəkmişi həyatdan məhrumetməyə, və ya onun sağlamlığına ağır zərər vurmağa yönələn aşkar niyyətində ifadə olunur. Hədə şifahi, yazılı, telefonla və s. üsullarla çatdırıla bilər. O, bilavasitə zərəçəkmişə və ya təqsirkarın fikrincə, bunu zərərçəkmişə çatdıraçaq başqa şəxslərə deyilə bilər.
Hədənin icra ediləcəyi üçün real əsaslar dedikdə: hədənin məzmunu, ifadə üsulu, forması və intensivliyi, hədələmənin şəraiti, hədəni həyata keçirməyə imkan verəcək silahın və başqa vasitələrin mövcudluğu, hədələyənin şəxsiyyətini xarakterizə edən əlamətlər, yəni onun sərxoşluğu, ictimai qaydanı tez-tez pozması, əvvəllər törətdiyi cinayətə görə məhkumluğunun olması, onun psixi cəhətdən qeyri-sabit olması, hədələyən ilə zərərçəkmiş arasında əvvəllər mövcud olmuş münasibətlər nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 20.1-ci maddəyə əsasən hədələməyə görə - onu törədən zaman on altı yaşı tamam olmuş şəxs cinayyət məsuliyyətinə cəlb edilir
Təhlil edilən cinayətin obyektiv cəhəti zərərçəkmişin öldürülməsinə və ya onun sağlamlığına ağır zərər vurulmasına qəsd niyyətinin birüzə verilməsində ibarətdir
Qeyd edim ki, "Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə" formal cinayətlərə aid edilir.
Bu əməli törətmiş şəxslər: min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.