Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Faydalı Hədələmə hansı hallarda cinayət məsuliyyəti yaradır

Ümumi Faydalı

Rövşən Davidov

Huquqlar.az
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
8 Sentyabr 2025
Mesajlar
22
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət məsuliyyətinə səbəb olur.
Cinayət törədilmə üsulu hədələmədə, yəni təqsirkarın zərərçəkmişi həyatdan məhrumetməyə, və ya onun sağlamlığına ağır zərər vurmağa yönələn aşkar niyyətində ifadə olunur. Hədə şifahi, yazılı, telefonla və s. üsullarla çatdırıla bilər. O, bilavasitə zərəçəkmişə və ya təqsirkarın fikrincə, bunu zərərçəkmişə çatdıraçaq başqa şəxslərə deyilə bilər.
Hədənin icra ediləcəyi üçün real əsaslar dedikdə: hədənin məzmunu, ifadə üsulu, forması və intensivliyi, hədələmənin şəraiti, hədəni həyata keçirməyə imkan verəcək silahın və başqa vasitələrin mövcudluğu, hədələyənin şəxsiyyətini xarakterizə edən əlamətlər, yəni onun sərxoşluğu, ictimai qaydanı tez-tez pozması, əvvəllər törətdiyi cinayətə görə məhkumluğunun olması, onun psixi cəhətdən qeyri-sabit olması, hədələyən ilə zərərçəkmiş arasında əvvəllər mövcud olmuş münasibətlər nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 20.1-ci maddəyə əsasən hədələməyə görə - onu törədən zaman on altı yaşı tamam olmuş şəxs cinayyət məsuliyyətinə cəlb edilir
Təhlil edilən cinayətin obyektiv cəhəti zərərçəkmişin öldürülməsinə və ya onun sağlamlığına ağır zərər vurulmasına qəsd niyyətinin birüzə verilməsində ibarətdir
Qeyd edim ki, "Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə" formal cinayətlərə aid edilir.
Bu əməli törətmiş şəxslər: min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

Rövşən Davidov

Huquqlar.az
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
8 Sentyabr 2025
Mesajlar
22
Bu mövzu ilə bağlı hər hansı sualınız yaranarsa, çəkinmədən müraciət edə bilərsiniz, məmnuniyyətlə cavablandıracağam.
 

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
Ali Məhkəmənin Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarlarında qısa da olsa CM 134-cü maddəsindən bəhs olunur. Bu mövzuda həm nəzəri, həm də praktiki biliklərinizi möhkəmləndirmək baxımından həmin Qərarlardan yararlanmağınız tövsiyə olunur.
 

Rövşən Davidov

Huquqlar.az
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
8 Sentyabr 2025
Mesajlar
22
Ali Məhkəmənin Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarlarında qısa da olsa CM 134-cü maddəsindən bəhs olunur. Bu mövzuda həm nəzəri, həm də praktiki biliklərinizi möhkəmləndirmək baxımından həmin Qərarlardan yararlanmağınız tövsiyə olunur.
Faydalı məlumata görə çox sağ olun, Ülkər xanım!
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar