Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Sual Hərbi məsələ

Sualıma cavab axtarıram

Megadon

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
6 Fevral 2026
Mesajlar
9
Salam hər vaxtınız xeyir. Mən 2020 iyulun 24ü həqiqi hərbi xidmətə getdim sonra bir müddətdən keçəndə ordan SQBKH Psixiatriya bölməsinə göndərildim müharibə dövründə qorxduğum üçün yalan danışıb izahatımda da yalanlarımı davam etdirib yararsız yazılmışam. Məhkəmə tibbi eksperizası hər hansısa problemimin olmadığınıda yazsada nəticədə yararsız olaraq "Sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı" yazıldım. təbiiki baş psixiatra "şirinlik" vermişdim. İndi isə o maddənin silinməsini istəyirəm. Yəni mümkündürsə hərbiyə getmək istərdim. Həqiqətləri etiraf etsəm başıma nələr gələ bilər?
 
Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
Salam. Hər vaxtınız xeyir. Sizə möhlət verilibmi?
 
Megadon

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
6 Fevral 2026
Mesajlar
9
Salam. Hər vaxtınız xeyir. Sizə möhlət verilibmi?
2023ə qədər vermişdilər ama vaynkomat çağırmamışdı özüm bir neçə gün öncə göndəriş istədim verdilər 1 saylı psixatriyaya göndərdilər oradakı köhnə kağıza baxıb qərar çıxardı... yəni etiraf etsəmdə işə yaramadı hara müraciət edim ki silinsin o maddə?
 
Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
Bu məsələ ilə bağlı zəhmət olmasa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qaynar xətti (9100) əlaqə saxlayın.
 
Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
Komissarlıqdan sizə nə cavab bildirildiyini SHÇDX ilə yenidən əlaqə saxlayıb, bildirin. Nə problem yaradırlarsa, aradan qaldırsınlar. Yenidən müayinədən keçirildiyiniz halda, yararlı olduğunuz müəyyən ediləcək..
 
Megadon

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
6 Fevral 2026
Mesajlar
9
Komissarlıqdan sizə nə cavab bildirildiyini SHÇDX ilə yenidən əlaqə saxlayıb, bildirin. Nə problem yaradırlarsa, aradan qaldırsınlar. Yenidən müayinədən keçirildiyiniz halda, yararlı olduğunuz müəyyən ediləcək..
İzah edə bilmədim e psixatriya (maştağadakı) 2020ci ildəki yalan məlumat verdiyim "şirinlik" verdiyim yararsızlıq aldığıma istinad gətirib yararsız yazıb
 
Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
Nə demək istədiyinizi başa düşdük. Sizdə konkret olaraq hərbi biletdə nə qeyd edilib ?
 
Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
18b "sülh dövründə yararsız müharibə dövründə məhdud yararlı"
Həmin maddənin silinməsi üçün siz yenidən mütləq həkim komissiyasından keçməlisiniz. Əks halda birbaşa silinməsi mümkün deyil. Rəsmi qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etməlisiniz. Lakin qeyd etdiyiniz məsələ (nəyə görə yararsız yazıldığı) təsdiqini tapsa, bu sizin üçün problem yarada bilər.
 
Megadon

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
6 Fevral 2026
Mesajlar
9
Həmin maddənin silinməsi üçün siz yenidən mütləq həkim komissiyasından keçməlisiniz. Əks halda birbaşa silinməsi mümkün deyil. Rəsmi qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etməlisiniz. Lakin qeyd etdiyiniz məsələ (nəyə görə yararsız yazıldığı) təsdiqini tapsa, bu sizin üçün problem yarada bilər.
Mən razıyam cinayət işinədə
 
Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
O zaman araşdırılma aparılacaq. Əgər məsuliyyətə cəlb edilsəniz və sizə cəza təyin edilsə, cəzanı çəkib bitirdikdən sonra müayinəyə göndərilə bilərsiniz. O zaman həmin maddə də ləğv edilə bilər.
 
Cəza çəkildikdən sonra məhkumluq da ödənilmiş olmalıdır.
 
Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar