Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Faydalı Hüquq və insan haqları virtual kitabxanası

Ümumi Faydalı

İlgar Aga

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
13 Noyabr 2026
Mesajlar
1
Dəyərli Hüquqşünaslar,

Hamınızı salamlayıram və rəğbətimi bildirirəm! Sizləri Hüquq və insan haqları virtual kitabxanasından bəhrələnməyə dəvət edirəm. Virtual Kitabxana Hüquq və İnsan Haqları İnstitutu tərəfindən yaradılıb. Virtual Kitabxana Azərbaycanda hüquq elminin inkişaf etdirilməsi, ölkə əhalisinin hüquqi maarifləndirilməsi, onların yeni biliklər əldə etməsi, eyni zamanda hüquq ədəbiyyatının təbliği və bu sahədəki yeniliklərin təminat bazasının toplanması məqsədilə yaradılıb. Virtual Kitabxanada Azərbaycanlı hüquqşünas alimlərin, ali məktəblərin hüquq fakültələrində çalışan ixtisaslı müəllim və professorların, vəkillərin və tədqiqatçıların hüququn müxtəlif sahələrinə aid nəşrləri yerləşdirilmişdir. Hazırda kitabxanada dərsliklər, monoqrafiyalar, hesabatlar və hüquqi sənəd nümunələri də daxil olmaqla, 2418 hüquqi material toplanıb. Azərbaycan, rus və ingilis dillərində nəşrlərin təqdim olunduğu kitabxanadan yaradıldığı andan etibarən iki milyona yaxın yükləmə həyata keçirilib (1 988 508). Kitabxanadan istifadə tam ödənişsizdir.


Ən xoş arzularla,

İlqar Ağasiyev, Hüquq və İnsan Haqları İnstitutu
 
Sonuncu redaktə:

Huquqlar.az

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
270
Sayt
huquqlar.az
Uğurlar
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar