İnzibati Prosessual Məcəllənin 55-ci maddəsi "İddiadan imtina edilməsi" adlanır və həmin maddədə iddiaçının iddiadan imtina etməsinin hüquqi nəticəsinin iddiaçının eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etdiyi olduğu bildirilir. Lakin mülki prosesdə iddiadan imtina ilə yanaşı iddianın geri götürülməsi anlayışları var. İddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, bu zaman həmin iddia yolverilməz hesab olunur. Lakin iddiaçı iddia ərizəsini geri götürdükdə, onun yenidən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla iddia vermək imkanı olur. İnzibati Prosessual Məcəllə isə özündə konkret olaraq "iddianın iddiaçı tərəfindən geri götürülməsi" ifadəsindən istifadə etmir. İnzibati məhkəmə icraatında mülki prosesdə olduğu kimi iddianın geri götürülməsi necə tənzimlənir? İnzibati proses iştirakçısı olan iddiaçı iddianı geri götürmək barədə məhkəməyə müraciət etdikdə bu onun eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edirmi?