İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsinə xitam verilərkən onun yol verdiyi konkret pozuntular sübutlarla təsdiqlənməlidir. Yəni işdən azad etmə əmrində sadəcə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə kifayətlənmək olmaz.
Həmin maddə ilə qanunsuz olaraq əmək müqaviləsinə xitam verilən işçi məhkəməyə müraciət edərək işə bərpa oluna və ya həmin maddənin silinməsini tələb edə bilər.
Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək tələb olunur. Mediasiya Təşkilatına ödənilən mediasiya xərci 60 manat təşkil edir. Məhkəmə üçün dövlət rüsumu tələb edilmir.
Əgər mediasiyada tərəflər arasında razılıq əldə olunmazsa, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə tərəfindən işçinin iddiası təmin olunaraq işə bərpa edilməsi haqqında qətnamə qəbul edilərsə, onda işəgötürən tərəfindən o, dərhal əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə bərpa olunmalıdır.
Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən bu halda işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.