Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

işçi hüquqları

  1. Ülkər Həmidli

    Bank məhkəmə qərarı olmadan əmək haqqından pul tuta bilər?

    Bəli. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə və ya qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri (qərar, qətnamə və icra qeydi) üzrə tutula bilər. Yəni sizin əmək...
  2. Ülkər Həmidli

    İşçi məzuniyyətdə olduğu halda müdir onu işdən çıxara bilərmi?

    Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən məzuniyyətdə olan müddət ərzində işçilərin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri həmin...
  3. Ülkər Həmidli

    Öz ərizəmlə işdən çıxarılmışam. Buna görə kompensasiya tələb edə bilərəm?

    Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə əmək müqaviləsinə xitam verilən işçilərə işəgötürən tərəfindən işdənçıxarma müavinəti ödənilir. Lakin Əmək...
  4. Ülkər Həmidli

    Müdir işçiyə məcburi ərizə yazdıraraq onu işdən çıxara bilər?

    Əgər işəgötürən işçini öz ərizəsi ilə əmək müqaviləsinə xitam verməyə məcbur edirsə, bu hal inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər...
  5. Ülkər Həmidli

    Müdir işçini əmək müqaviləsi olmadan işlədir. Bunun məsuliyyəti nədir?

    İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi olmadan fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə işəgötürən fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər...
  6. Ülkər Həmidli

    Hansı işçilər attestasiyadan azaddır?

    Hər bir müəssisə işçilərin attestasiyasını keçirə bilər. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı işçilər attestasiyadan azaddırlar: -vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş...
  7. Ülkər Həmidli

    Müdir maaşın verilməsini gecikdirirsə, işçi nə edə bilər?

    Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. İşəgötürən həmin ödənişi könüllü olaraq vermədikdə işçi, hüququnun pozulduğunu aşkar etdiyi...
  8. Ülkər Həmidli

    İşdən çıxarılmışam. İşə necə bərpa ola bilərəm? (Əmək Məcəlləsinin - 70-ci maddənin "ç" bəndinə əsasən)

    İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsinə xitam verilərkən onun yol verdiyi konkret pozuntular sübutlarla təsdiqlənməlidir. Yəni işdən azad etmə əmrində sadəcə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə kifayətlənmək...
  9. Ülkər Həmidli

    Əmək Məcəlləsinə edilən son dəyişikliklər 2026

    Əmək Məcəlləsinə edilən son dəyişikliklər aşağıdakılardır: 1) Əmək Məcəlləsindəki anlayışlar sırasına "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilib. Bu anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qulluq, kömək göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək...

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar