Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Müdir işə qəbul zamanı tibbi arayış tələb edir. Qanun nə deyir?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
250
Sayt
huquqlar.az
Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci hissəsinə əsasən işçinin sağlamlığına zərər verə biləcək ağır, zərərli və təhlükəli iş yerlərində, eləcə də səhiyyə, qida, ictimai iaşə, ticarət kimi sahələrdə işləmək üçün əmək müqaviləsi bağlanmazdan əvvəl işçi mütləq tibbi arayış təqdim etməlidir. Bu tələbin tətbiq olunduğu peşə və iş yerlərinin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Əmək münasibətlərinə başlayan işçidən aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan, Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar