Hər bir müəssisə işçilərin attestasiyasını keçirə bilər. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı işçilər attestasiyadan azaddırlar:
-vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;
-Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;
-bir vəzifədə 5 ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
-hamilə qadınlar; yaşı 18-dən az olan işçilər;
-uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
-bir vəzifədə faktik olaraq 1 ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə azı 3 dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;
-kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;
-“Təhsil haqqında” Qanuna əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.