Kriminalistika 100 sual - 100 cavab


Cinayətkarlıqla mübarizə sahəsində hüquq-mühafizə orqanlarının yüksək biliyə, bacarıq və vərdişlərə malik ixtisaslı kadrlarla təmin edilməsində kriminalistika elminin rolu danılmazdır. Bu sahədə dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, tədris -metodiki vəsaitlərin hazırlanması, həmçinin mövcud problemlərlə bağlı tədqiqatların aparılması kriminalistika elminin daha dərindən öyrənilməsinə və mənimsənilməsinə şərait yaradacaqdır. Bu baxımdan «Kriminalistika» kafedrasında hazırlanmış «Kriminalistika: 100 sual 100 cavab» adlı dərs vəsaiti tədris proqramına daxil olan mövzular üzrə suallar və cavablar formasında tərtib edilmişdir. Vəsait kriminalistika elminin sistemini əhatə edən kriminalistik nəzəriyyə, kriminalistik texnika, kriminalistik taktika və kriminalistik metodika hissələrini əhatə edir. Həmin hissələrə daxil olan mövzuların əsas məqamları suallar və cavablar formasında tərtib edilmişdir.
Əlavələr
Sonuncu redaktə: