
Bu dərs vəsaiti kriminologiya elminin nəzəri və praktik əsaslarını sistemli şəkildə izah edir. Əsas diqqət cinayətkarlığın mahiyyəti, səbəbləri, strukturu, cinayətkarın şəxsiyyəti, cinayətlərin profilaktikası və kriminoloji təhlil–proqnozlaşdırma mexanizmlərinə yönəldilib.
Vəsait hüquq-mühafizə orqanlarının əməkdaşları, hüquqşünaslar, akademik tədqiqatçılar və hüquq tələbələri üçün praktiki əhəmiyyətli kriminoloji bilik bazası təqdim edir və cinayətkarlıqla mübarizədə elmi yanaşmanın tətbiqinə xidmət edir.