Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Sual Magistr təhsili üzrə möhlətlə bağlı sual

Sualıma cavab axtarıram

ughur

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
27 İyun 2026
Mesajlar
1
Salam.

Bir məsələ ilə bağlı məlumat almaq istəyirəm.

Mən 2025-ci ildə magistr təhsili əsasında hərbi xidmətdən 2027-ci ilin iyun ayına qədər möhlət almışam.

Əgər hazırda oxuduğum xaricdə oxuduğum magistr proqramından rəsmi çıxış edib başqa xarici universitetin əyani magistr proqramına qəbul sənədlərini təqdim etsəm, hərbi xidmət möhlətim yeni magistr proqramını bitirənədək uzadıla bilərmi?

Əvvəlcədən təşəkkür edirəm.
 

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
233
Sayt
huquqlar.az
Salam.

Bir məsələ ilə bağlı məlumat almaq istəyirəm.

Mən 2025-ci ildə magistr təhsili əsasında hərbi xidmətdən 2027-ci ilin iyun ayına qədər möhlət almışam.

Əgər hazırda oxuduğum xaricdə oxuduğum magistr proqramından rəsmi çıxış edib başqa xarici universitetin əyani magistr proqramına qəbul sənədlərini təqdim etsəm, hərbi xidmət möhlətim yeni magistr proqramını bitirənədək uzadıla bilərmi?

Əvvəlcədən təşəkkür edirəm.
Salam. İlkin olaraq onu qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla təhsilə görə möhlət verilir. Yəni 26 yaşınız tamam olandan sonra həmin təhsil pilləsi üçün möhlət hüququnu itirmiş olursuz. Belə ki, yeni magistr proqramına qəbul almısınızsa və 26 yaşınızı tamamlamısınızsa həmin magistr proqramını bitirənədək sizə möhlət verilmir.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar