Xeyr. “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinin III hissəsinə əsasən dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə (başqasının adına keçirildikdə) həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı (nömrəsi) saxlanılır.
Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə verilir.
Nəqliyyat vasitəsini satan və alan şəxs dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı yol polisi idarəsi tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə digər dövlət qeydiyyat nişanı verilir.