Qətnamənin hissə-hissə icrası – məhkəmə qərarı ilə müəyyən edilmiş borcun tam məbləğdə bir dəfəyə deyil, mərhələlərlə (hissə-hissə, aybaay) ödənilməsi deməkdir. Məsələn, əgər məhkəmə qərarı ilə sizdən tam məbləğdə 2000 manat borc pul tutulması müəyyən edilmişdirsə, sizin həmin pulu birdəfəlik ödəməyə gücünüz çatmırsa, pulun birdəfəlik yox, hissə-hissə (hər ay) tutulması üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququnuz var. Belə ki, məhkəmə ərizəniz əsasında sizin maddi və ailə vəziyyətinizi nəzərə alaraq borcun (pulun) tam deyil, hissə-hissə ödənilməsi barədə qərar qəbul edə bilər.
Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Aşağıdakı məhkəmə qərarları isə dərhal icra olunur:
1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;
2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında.
Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlıdır. Əgər kredit və ya digər borcunuzun birdəfəlik ödənilməsi barədə qərar qəbul edibsə, siz də borcu tam şəkildə ödəyə bilmədikdə həmin məhkəməyə qətnamənin hissə-hissə icra edilməsi (yəni borcun hissə-hissə ödənilməsi) barədə ərizə ilə müraciət edə bilərsiniz.