Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Məhkum ayağına taxılan elektron qolbağı qırsa, itirsə cəriməsi nə qədərdir?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
184
Sayt
huquqlar.az
Belə ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, müvafiq olaraq Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir.

Müəyyən edilmiş qaydalara əsasən, elektron qolbağın qəsdən zədələnməsi və ya itirilməsi halında məhkum, cihazın təmir və ya əvəzlənməsi üçün məsuliyyət daşıyır. Bu məsuliyyət, cihazın dəyərinin ödənilməsi və əlavə cəza tədbirləri ilə nəticələnə bilər. Sözügedən elektron qolbağın dəyəri 2277 manatdır.

Habelə, Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarının 8.1-ci maddəsinə əsasən şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır və onun texniki vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir. Lakin elektron nəzarət vasitəsi çıxarılanadək isə məhkum edilmiş şəxs onu qorumalı və sonra isə onu təhvil verməlidir.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar