Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə

highlawyer

Yeni istifadəçi
Hüquqşünas
Qoşulub
23 Fevral 2026
Mesajlar
9
Cinayətin törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək qanunla müəyyən edilən müddətlər keçdikdə (cinayətlərin təsnifatına uyğun olaraq), şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:

- böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 2 il;
- az ağır cinayətlər üzrə 7 il;
- ağır cinayətlər üzrə 12 il;
- xüsusilə ağır cinayətlər üzrə isə 20 il.

Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.

Cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə, şəxs barəsində cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.

Qanunvericiliyə əsasən, aşağıda qeyd olunan cinayətləri törətmiş şəxslər müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilə bilməz.

- sülh və insanlıq əleyhinə (CM 100-113);
- müharibə cinayətləri (CM 114-119);
- terrorçuluq (CM 214);
- terrorçuluğu maliyyələşdirmə (CM 214-1).
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar