Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Mühafizə orderi məişət zorakılığının qarşısının alınması məqsədi ilə zorakılığa məruz qalmış şəxsin müraciəti əsasında onu mümkün təhlükələrdən qorumaq üçün verilir.
Zərərçəkmiş şəxsə iki cür – qısamüddətli və uzunmüddətli mühafizə orderi verilə bilər.
Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, yerli icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir. Qısamüddətli mühafizə orderi 24 saat ərzində zərərçəkmiş şəxsin qeydiyyatda olduğu müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən şəxsə 60 gün müddətinədək verilir. Məişət zorakılığı törətmiş şəxsin xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.
Qısamüddətli mühafizə orderinin nümunəsini sizin üçün paylaşırıq. Həmin ərizəni yazaraq müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərsiniz.