Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Müharibə veteranları üçün hansı güzəştlər var?

Huquqlar.az

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
271
Sayt
huquqlar.az
Müharibə veteranı statusunu təsdiq edən vəsiqəni aldığınız andan etibarən aylıq 80 manat təqaüd almaq hüququnuz yaranır. Bununla yanaşı qanunvericiliyə əsasən müharibə veteranları üçün aşağıdakı güzəştlər nəzərdə tutulub:

əlillik müəyyən edilmədiyi halda ağır xəsarət olduğu zaman 2750 manat, yüngül xəsarət olduğu zaman 550 manat məbləğində birdəfəlik sığorta ödənişinin təyin olunması;

işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlük hüququ;

46 təqvim günündən az olmayaraq məzuniyyətin verilməsi;

işçinin xahişi ilə bir iş ilində 14 təqvim gününədək ödənişsiz məzuniyyətlərin verilməsi;
hər hansı muzdlu iş üçün vergi tutulmalı olan aylıq gəlirin 400 manat məbləğində azaldılması;

narkoloji dispanserdən arayışın pulsuz verilməsi, sağlamlıq haqqında arayışın pulsuz verilməsi;

mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləğinin 10 manat azaldılması;

ödəməli olduqları əmlak vergisinin məbləğinin 30 manat azaldılması;

bakalavr, magistr təhsil səviyyələri və kollecdə ödənişli əsaslarla təhsil alma müddətində təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi;

özünüməşğulluq proqramına növbədənkənar cəlb edilmə, kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin olunma.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar