Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə həm Vergi Məcəlləsinin 58.10-cu maddəsinə, həm İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə , həm də Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən məsuliyyət nəzərdə tutulmuşdur.
Əgər işəgötürənlə əmək müqaviləsi bağlanmayıbsa, amma faktiki olaraq iş yerində fəaliyyət göstərmisinizsə, bu faktiki əmək münasibətləri yaradır. Buna görə də, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin işlədiyi müddət ərzində əmək haqqını tələb etmək hüququ yaranır.
Belə ki, əmək müqaviləniz olmasa da məhkəməyə müraciət edərək işlədiyinizi sübut edə bilərsiniz. Məsələn, votsap yazışmaları, foto və video çəkilişlər, səs yazıları kimi sübutlar vasitəsilə məhkəmədə faktiki əmək münasibətlərini sübut edərək işəgötürəndən maaşı tələb edə bilərsiniz.
Habelə, işəgötürənin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə görə məsuliyyyətə cəlb edilməsi də faktiki əmək münasibətlərinin məhkəmədə sübut edilməsi üçün istifadə edilə bilər.