Bəli. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 343-cü maddəsinə əsasən nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edildikdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə 400 manat cərimə nəzərdə tutulur və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.
Habelə, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə 500 manat cərimə nəzərdə tutulur və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 günədək müddətə inzibati həbs tətbiq olunur.