Xeyr. Belə ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda (263.1) və ya bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda (263.1-1) cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
Lakin 263.1-də göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda (263.2) və ya ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda (263.3) cinayəti törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilməz.
263.2-ci və 263.3-cü maddələrdə nəzərdə tutulmuş cinayətlərə görə şəxs yalnız Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan müddətlərin keçməsi ilə bağlı (263.2-dəki cinayəti törətdiyi gündən ittiham hökmü qanuni qüvvəyə minənədək 7 il, 263.3-dəki cinayəti törətdiyi gündən ittiham hökmü qanuni qüvvəyə minənədək isə 12 il keçdikdə) cinayət məsuliyyətindən azad olunur.