Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Səhvən başqasının kartına pul göndərilib. Necə geri qaytarmaq olar?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
171
Sayt
huquqlar.az
Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmək əsassız varlanma sayılır.

Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

Belə ki, səhvən başqasının kart hesabına pul göndərmisinizsə, bu halda əvvəlcə öz kart məlumatlarınızın aid olduğu banka müraciət etməli, həmin bank da pul köçürülən kartın hansı banka aid olduğunu müəyyən edib, o banka müraciət etməlidir ki, səhv ödəniş həyata keçirilib. Bundan sonra da həmin bank öz müştərisinə bildirməlidir ki, sizin adınıza səhvən vəsait daxil olub. O, bu halda pulu öz istəyi ilə geri qaytara bilər.

Lakin pulun səhvən köçürüldüyü şəxs məbləği geri qaytarmadığı təqdirdə pulun geri qaytarılması üçün müraciət etdiyiniz bankdan imtina cavabı alıb, "səhvən köçürülmüş pul vəsaitinin geri qaytarılması tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar