Belə ki, qanunvericiliyə əsasən faizə (sələmə) pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən müqavilə həyata keçirilə bilər.
Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati xəta nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə nəzərdə tutulur.
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda (50 000 manatdan yuxarı, lakin 200 000 manatdan artıq olmayan məbləğ) ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır və cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 3 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.